ŞƏRUR RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB
17.05.2021
Şərur Rayonunda daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə nəzarətin həyata keçirilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən cari ilin aprel ayında diqqət mərkəzində saxlanılıb, operativliyin artırılması istiqamətində işlər mütəşəkkil davam etdirilib.
İdarə tərəfindən müraciətlər əsasında 11 fərdi yaşayış evinin texniki pasportu, 48 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib.
Ay ərzində 14 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 80 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, texniki sənədlərin hazırlanması zamanı 30 müayinə aktı yazılıb. 12 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Torpaqlardan istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Rayonun Çərçiboğan, Ələkli və Çomaxtur kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri aparılıb. Məmmədsabir və Qarxun kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Rayonun Yuxarı Yaycı və Muğanlı kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim edilib.
Baxılıb: 341
