HÜQUQLARIN DÖVLƏT QEYDİYYATINA ALINMASI İLƏ BAĞLI 130 MÜRACİƏTƏ BAXILIB
16.05.2021
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2021-ci ilin aprel ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Ötən ay 17 fərdi yaşayış evinə, 1 mənzilə məxsus texniki pasport hazırlanıb, 101 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması məqsədi ilə 51 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 130 müraciətə baxılıb, məhdudiyyət və yüklülüyə dair 80 arayış, əmlakın olub-olmaması ilə bağlı 12 arayış verilib.
Baxılıb: 335