Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATINA ALINMASI DAVAM ETDİRİLİR

08.05.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin aprel ayı ərzində diqqətdə saxlanılmış, texniki sənədlərin hazırlanması ilə bağlı daxil olmuş 118 müraciət qanunvericiliyin tələblərinə uyğun icra olunmuşdur.

Ay ərzində 42 fərdi yaşayış evinin, 22 mənzilin, 1 qeyri-yaşayış sahəsinin olmaqla, ümumilikdə 65 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanmış, 53 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilmişdir.

Bələdiyyələrdən daxil olan 8 müraciət əsasında müvafiq torpaq sahələrinə dair rəy və plan-sxemlər hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur. Vətəndaşlar tərəfindən daxil olmuş şifahi müraciətlər də diqqətdə saxlanılmış, müraciət əsasında əmlaka yerində baxış keçirilmiş, qanunvericiliyin tələbləri vətəndaşa izah olunmuşdur.

          

Baxılıb: 304