Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

CULFA RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

20.09.2023

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvlərinin iştirakı ilə maarifləndirici seminar keçirilib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna həsr olunan seminarda çıxış edənlər bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələblərini diqqətə çatdırıb, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində icarə münasibətləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, aparılan torpaq islahatları nəticəsində yerli özünüidarəetmə orqanlarına ayrılan torpaq sahələri ərzaq bolluğunun yaradılmasında mühüm yer tutur. Hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqları əhalinin kənd təsərrüfatı məhsullarına olan artan tələbatının ödənilməsində xüsusi rol oynayır.

Ardını oxu »

SƏDƏRƏKDƏ DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİB

14.09.2023

Avqust ayında rayon üzrə mülkiyyət hüquqlarının qeydiyyatı operativ yerinə yetirilib, sakinlərin müvafiq məsələlərlə bağlı müraciətlərinə qanunvericiliyə uyğun baxılıb. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən müraciət əsasında 3 daşınmaz əmlak obyektinə məxsus texniki pasport hazırlanıb, 16 torpaq sahəsinin isə plan və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub.

Hesabat dövründə ümumilikdə 4 məhdudiyyət və yüklülüyə dair, 35 əmlakın olub-olmamasına dair arayış və 10 rəy verilib, 3 müayinə aktı yazılıb.

Ötən ay ərzində vətəndaşlardan daxil olan 9 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilərək qanunamüvafiq icra edilib.

Ardını oxu »

AVQUST AYINDA NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ 184 TEXNİKİ SƏNƏD HAZIRLANIB

13.09.2023

Muxtar respublika sakinlərinin daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası, əmlaka məxsus olan texniki sənədlərin vaxtlı-vaxtında hazırlanması ötən ay uğurla yerinə yetirilib.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi də müvafiq dövrdə texniki sənədlərin hazırlanması üçün vətəndaşlardan daxil olan 184 müraciəti icra edib. Müraciətlərə əsasən 80-i fərdi yaşayış evinə, 36-sı mənzilə, 6-sı isə qeyri-yaşayış sahəsinə məxsus ümumilikdə 122 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb. Həmçinin, ay ərzində 62 torpaq sahəsinin planı və ölçüsü tərtib olunaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 23 müayinə aktı, 28 bölgü planı tərtib olunub.

Ardını oxu »

AVQUST AYINDA 1129 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB

08.09.2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə dövlət nəzarəti avqust ayı ərzində də diqqətdə saxlanılıb, fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər uğurla davam etdirilib.

Avqust ayı ərzində 1129 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 854 texniki sənəd hazırlanıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 138 daşınmaz əmlak obyektinə ünvan verilib. Həmçinin, 206 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 263 arayış verilib.

Ardını oxu »