Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB

KƏNGƏRLİ RAYONUNDA BƏLƏDİYYƏLƏR ÜÇÜN NÖVBƏTİ TƏDBİR KEÇİRİLİB

29.11.2023

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunda fəaliyyət göstərən bələdiyyə sədrləri və üzvləri üçün maarifləndirici tədbir keçirilib.

“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri” mövzusuna həsr olunan tədbirdə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri və digər vacib məlumatlar diqqətə çatdırılıb.

Çıxış edənlər bildirib ki, ölkəmizdə aparılan torpaq islahatları nəticəsində yerli özünüidarəetmə orqanlarına torpaq sahələri ayrılıb və bu torpaq sahələri ərzaq bolluğunun yaradılmasında mühüm yer tutur. Bələdiyyələrin mülkiyyətlərində olan ehtiyat fondu torpaqlarının hüquqi və fiziki şəxslərin icarəsinə verilməsi isə sakinlərin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində xüsusi rol oynayır.  

Çıxışlardan sonra bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı bağlanan müqavilələr, həmin müqavilələrin tərtibi qaydaları, yerli vergilər, ödənişlər və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət barədə müzakirələr aparılıb, bələdiyyə sədrləri və üzvlərinin sualları ətraflı cavablandırılıb.

Baxılıb: 192