Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

8 NOYABR - ZƏFƏR GÜNÜ QEYD OLUNUB

07.11.2023

Ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan milli bayram – Zəfər Günü münasibət ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, birinci və ikinci Qarabağ müharibələrində canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xidmətin rəisi Müslüm Cabbarzadə tədbiri giriş sözü ilə açaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində qazanılan,düşməni kapitulyasiya aktına imza atmağa məcbur edən möhtəşəm qələbə, işğaldan azad edilən torpaqlarımızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün əbədi olaraq bərpası və bu ilin sentyabrında cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə bağlı əsas məqamlara toxunub. Qeyd olunub ki, Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevindüşünülmüş məqsədyönlü addımları xalqımızın haqlı mübarizəsini möhtəşəm Qələbə ilə başa çatdırdı. Bu gün işğaldan azad olunan torpaqlarımız geniş quruculuq meydanına çevrilib.

Ardını oxu »

XİDMƏTİN ƏMƏKDAŞLARI DÖVLƏT QULLUQÇULARI ÜÇÜN TƏŞKİL OLUNAN TƏLİMLƏRDƏ İŞTİRAK EDİBLƏR

01.11.2023

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası üzrə dövlət orqanlarında çalışan dövlət qulluqçuları üçün keçirilən təlimlərdə iştirak ediblər.

Online formatda təşkil olunan təlimlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin icrası məqsədilə keçirilib.

Ardını oxu »

NAXÇIVANDA ÜNVAN REYESTRİ İNFORMASİYA SİSTEMİ FORMALAŞDIRILIR

31.10.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda muxtar respublikada reallaşdırılması nəzərdə tutulan təfsilatlı tədbirlərdən biri də 2023-2024-cü illər ərzində Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılmasıdır. 15 sentyabr 2023-cü ildə təsdiq olunmuş müvafiq Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aid qurumlarla birgə Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması üzrə işlərə başlanılıb.

Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması üçün ilk növbədə Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidlərinin sərhədləri aidiyyəti üzrə göndərilib. Daha sonra Ünvan Reyestri İnformasiya Sisteminə yerləşdirilməsi məqsədilə muxtar respublikanın poçt məntəqələrinin sərhədləri Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə müəyyənləşdirilərək hazırlanıb.

Ardını oxu »

KƏNGƏRLİDƏ HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYINDA 51,4% ARTIM MÜŞAHİDƏ OLUNUB

23.10.2023

Vətəndaşların müvafiq məsələlərlə bağlı müraciətlərinin Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən operativ icra oluması və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması bu ilin ötən 9 ayında uğurla yerinə yetirilib.

Xidmətin rayon şöbəsi sakinlər tərəfindən edilən müraciətlərə əsasən müvafiq dövr ərzində ümumilikdə, 116 texniki pasport hazırlayıb ki, bunlardan 87-si fərdi yaşayış evinə, 16-sı mənzilə, 3-ü əmlak kompleksi kimi müəssisəyə, 10-u isə qeyri-yaşayış binasına məxsus olub. Həmçinin, 143 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. Görülən işlərin nəticəsidir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayında 51,4%  artım olub.

Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 9 ay ərzində ümumilikdə, 82 müayinə aktı yazılıb, 11 bölgü planı hazırlanıb. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərə də qanunvericiliyə uyğun və vaxtında baxılıb, dövlət reyestrindən 297 çıxarış, məhdudiyyət və yüklülüyə dair 159, əmlakın olub-olmamasına dair 426 arayış, 44 torpaq sahəsinə dair rəy hüquq sahiblərinə təqdim edilib.

Ardını oxu »