CARİ İLİN DOQQUZ AYINDA GÖRÜLƏN İŞLƏRƏ HƏSR OLUNMUŞ KOLLEGİYA İCLASI KEÇİRİLİB
27.11.2023
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində növbəti kollegiya iclası keçirilib. İclası Xidmətin rəisi Müslüm Cabbarzadə açıb.
Xidmət aparatının rəhbəri Ayaz Cabbarov Xidmətin Babək, Ordubad və Culfa rayon idarələrinin fəaliyyətinin yoxlanılması və əməli köməklik göstərilməsi, Xidmətin şöbə müdiri Arzu Məmmədov Xidmətin fəaliyyət istiqamətləri üzrə göstərilən səyyar və elektron xidmətlər, şöbə müdiri Əkbər Əliyev yeni yaranmış daşınmaz əmlak obyektlərinin ünvan elementlərinin naturada müəyyənləşdirilməsi və elektron xəritələr üzərində müvafiq qeydiyyatın aparılması, şöbə müdiri İntizar Həziyev isə rəqəmli kartoqrafiya məlumatı bankının, elektron xəritələr, geodeziya məlumatları və coğrafi adlar üzrə kataloqların yaradılması ilə əlaqədar çıxış edərək 2023-cü ilin ötən dövrü ərzində müvafiq sahələrdə görülən işləri diqqətə çatdırıblar. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.
Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq rəqəmli kartoqrafiya məlumatı bankının, elektron xəritələr, geodeziya məlumatları və coğrafi adlar üzrə hazırlanan kataloqların təkmilləşdirilməsi, fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlərin işlək vəziyyətdə saxlanması və daxil olan müraciətlərin aidiyyəti üzrə yönəldilməsi, yerlərdə səyyar xidmət zamanı mütəşəkkilliyin təmin edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi, daşınmaz əmlak obyektlərinə qanunvericiliyin tələblərinə uyğun yeni ünvanların verilməsi, ünvanlarda müvafiq dəqiqləşmə və düzəlişlərin edilməsi isitqamətində fəaliyyətin davam etdirilməsi, Ünvan Reyestri İnformasiya Sisteminin formalaşdırılması istiqamətində nəzərdə tutulan işlərin icrasının diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Baxılıb: 155