XİDMƏTİN ƏMƏKDAŞLARI DÖVLƏT QULLUQÇULARI ÜÇÜN TƏŞKİL OLUNAN TƏLİMLƏRDƏ İŞTİRAK EDİBLƏR
01.11.2023
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası üzrə dövlət orqanlarında çalışan dövlət qulluqçuları üçün keçirilən təlimlərdə iştirak ediblər.
Online formatda təşkil olunan təlimlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın dövlət qulluğunda bilik, bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi bəndinin icrası məqsədilə keçirilib.
Təlimlərdə iştirak edən dövlət qulluqçularına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğur tənliklərindən danışılıb, davamlı inkişaf və inklüziv cəmiyyətin formalaşması, dövlət idarəçiliyinin effektivliyinin qiymətləndirilməsi üçün göstəricilər, iqtisadi inkişaf, rəqabət və müvafiq sahə ilə bağlı digər məsələlər barədə izahlar verilib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın rəqəmsal idarə olunması mövzusuna da toxunan təlimçilər dövlət qulluqçularını ətraflı məlumatlandırıblar.
Baxılıb: 147