MUXTAR RESPUBLİKADA ÖTƏN İL ƏRZİNDƏ 10 MİN 880 DAŞINMAZ ƏMLAK OBYEKTİ DÖVLƏT QEYDİYYATINA ALINIB
07.01.2024
Muxtar respublikada daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü il ərzində diqqətdə saxlanılıb, vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi və müraciətlərin operativ cavablandırılması təmin edilib.
Ötən il ərzində muxtar respublika üzrə 10 min 880 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,6% çoxdur. Ümumi göstəricinin 3 min 684-ü ilkin, 7 min 196-sı təkrar qeydiyyatın payına düşüb.
Bəhs olunan dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin 4 min 249-u fərdi yaşayış evi, 4 min 28-i torpaq sahəsi,1902-si mənzil, 332-si qeyri-yaşayış sahəsi, 264-ü qeyri-yaşayış binası, 101-i əmlak kompleksi kimi müəssisə, 4-ü isə çoxmərtəbəli yaşayış binası olub. Hesabat ilində təkcə Naxçıvan şəhəri üzrə 4 min 971 əmlak qeydiyyata alınıb ki, bu da ümumi göstəricinin 45,6%-ini təşkil edir, qalan 54,4% isə muxtar respublikanın rayonlarının payına düşür.
Yanvar-dekabr aylarında 8006 daşınmaz əmlak obyektinin texniki inventarlaşdırılması aparılıb ki, bu da 2022-ci ilin göstəricisindən 40,3% çoxdur. Həmin əmlaklardan 3 min 418-nə dair texniki pasport, 4 min 588-nə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilib.
Baxılıb: 191