ORDUBAD RAYONUNDA MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATA ALINMASI ZAMANI OPERATİVLİYİN TƏMİN EDİLMƏSİ DİQQƏTDƏ SAXLANILIR
19.12.2023
Rayon ərazisindəki torpaqlardan təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarəti və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı operativliyin təmin edilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən noyabr ayı ərzində də diqqətdə saxlanılıb.
İdarə tərəfindən əmlaklara dair texniki sənədlərin hazırlanması üzrə sakinlərə nümunəvi xidmət göstərilib, ümumilikdə, 13 daşınmaz əmlak obyektinə texniki pasport, 32 torpaq sahəsinə plan və ölçü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Ay ərzində texniki sənədlər hazırlanan zaman 20 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilib, 1 bölgü planı hazırlanıb.
Göstərilən müvafiq xidmətlər üzrə vətəndaşların etdiyi müraciətlər vaxtlı-vaxtında cavablandırılıb, əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 45 müraciət qəbul edilərək həllini tapıb, məhdudiyyət və yüklülüyə dair 23 arayış verilib. Həmçinin, 8 sosial, 2 ünvan arayışı aidiyyəti üzrə təqdim edilib.
Vətəndaşların bu dövrdə etdiyi 11 şifahi müraciətlə əlaqədar mübahisələndirilən əmlaklara yerində baxış keçirilərək qanunvericilikdə əksini tapan tələblər vətəndaşlara izah edilib, maarifləndirmə işi diqqətdə saxlanılıb.
Rayonun Aşağı Əndəmic və Kələki kəndlərində səyyar xidmət də təşkil edilib, xidmətdən yararlanan sakinlərin mülkiyyət sənədləri hazırlanaraq onlara təqdim olunub.
Baxılıb: 199