Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - BABƏK RAYONUNDA 132 VƏTƏNDAŞ MÜRACİƏTİ OPERATİV CAVABLANDIRILIB

BABƏK RAYONUNDA 132 VƏTƏNDAŞ MÜRACİƏTİ OPERATİV CAVABLANDIRILIB

20.11.2023

Rayon ərazisində torpaqlardan səmərəli istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, daşınmaz əmlakın dövlət qeydiyyatının vaxtında aparılması Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən ötən ay qarşıya qoyulan əsas vəzifə kimi yerinə yetirilib.

İdarə tərəfindən oktyabr ayında 20 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 105 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 18 bölgü planı hazırlanaraq arxiv sənədlərinə əlavə olunub, 19 müayinə aktı yazılıb.

Hesabat ayı üzrə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 132 müraciət daxil olub, qəbul edilən sənədlər ilkin mərhələdə yoxlanılaraq qeydiyyata alınıb. Vətəndaşların müraciətlərinə əsasən məhdudiyyət və yüklülüyə dair 13, əmlakın olub-olmamasına dair 8 arayış və 26 rəy verilib.

Ay ərzində idarəyə daxil olan 8 şifahi müraciətə baxılaraq qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun həll edilib. Vətəndaşların rahatlığının təmin edilməsi və göstərilən xidmətlərdən yararlanması məqsədilə rayonun Hacıvar və Nəhəcir yaşayış məntəqələrində səyyar xidmət təşkil olunub.

Baxılıb: 188