OKTYABR AYI ƏRZİNDƏ CULFA RAYONUNDA YETMİŞƏ YAXIN TEXNİKİ SƏNƏD HAZIRLANIB
21.11.2023
Rayon sakinlərinin əmlakla bağlı müraciətlərinin operativ cavablandırılması, daşınmaz əmlaka münasibətdə qanunvericiliyin tələblərinə uyğun daşınmaz əmlakın dövlət reyestrinin aparılması, habelə göstərilən digər xidmətlər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsi tərəfindən cari ilin oktyabr ayında mütəşəkkil qaydada həyata keçirilib.
Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı qəbul edilən 72 müraciət icra olunub. Həmçinin, məhdudiyyət və yüklülüyə dair 32 arayışın verilməsi ilə əlaqədar qəbul edilən hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib, 6 torpaq sahəsinə dair rəy verilib.
Oktyabr ayında idarə tərəfindən 20 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 49 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 18 müayinə aktı, 4 bölünmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.
Vətəndaşlardan daxil olan şifahi müraciətlərlə əlaqədar əmlaklara yerində baxış keçirilib, qanunla nəzərdə tutulmuş qaydada icra olunub və qanunvericiliyin tələbləri ətraflı izah edilib.
Baxılıb: 191