ÖTƏN AY ƏRZİNDƏ NAXÇIVAN ŞƏHƏRİ ÜZRƏ 179 TEXNİKİ SƏNƏD HAZIRLANIB
11.12.2023
Torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhərİdarəsi tərəfindən cari ilin noyabr ayında da diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib.
Ötən ay idarə tərəfindən 36 fərdi yaşayış evinə, 67 mənzilə məxsus, ümumilikdə, 103 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 76 torpaq sahəsinə dair plan və ölçü tərtib olunaraq hüquq sahiblərinə verilib. Texniki sənədlərin hazırlanması zamanı 16 bölgü planı və 11 müayinə aktı tərtib olunub. Şəhər üzrə əmlakların qiymətləndirilməsi prosesi də davam etdirilib, müraciət əsasında 3 əmlak qiymətləndirilib.
Dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
Baxılıb: 206