ÖTƏN AY ŞƏRURDA 130-DAN ARTIQ TEXNİKİ SƏNƏD HAZIRLANIB
22.11.2023
Rayonda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üzrə operativlik, yüksək səviyyədə xidmətin göstərilməsi, rahatlığın təmin edilməsi cari ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqətdə saxlanılıb.
Hesabat dövründə idarəyə daxil olan müraciətlər əsasında 22 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb ki, bunların 18-i fərdi yaşayış evinə, 2-si mənzilə, 1-i qeyri-yaşayış binasına, 1-i isə əmlak kompleksi kimi müəssisəyə məxsus olub. Həmçinin, rayon üzrə 109 torpaq sahəsinə dair plan ölçü hazırlanıb. Oktyabr ayında idarə tərəfindən 32 sosial, 44 məhdudiyyət və yüklülüyə dair arayış hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 42 müayinə aktı yazılıb, 3 birləşmə planı hazırlanıb.
Vətəndaşların ümumilikdə, 12 şifahi müraciəti ilə əlaqədar həmin əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib. Ötən ay rayonun Siyaqut və Vərməziyar kəndlərində vətəndaşlara səyyar xidmət də göstərilib, mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunub. Rayon ərazisində olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi ay ərzində nəzarətdə saxlanılıb.
Baxılıb: 207