Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA HÜQUQLARIN DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

KƏNGƏRLİ RAYONUNDA HÜQUQLARIN DÖVLƏT QEYDİYYATI DAVAM ETDİRİLİR

12.12.2023

Daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən mütəşəkkil davam etdirilir.

Noyabr ayı ərzində vətəndaşlardan daxil olan müraciətlərə əsasən şöbə tərəfindən  10 daşınmaz əmlak obyektinə məxsus texniki pasport, 11 torpaq sahəsinə məxsus plan-ölçü hazırlanaraq hüquq sahiblərinə təqdim olunub.

Hesabat dövründə daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlərə vaxtında baxılıb, dövlət reyestrindən 24 çıxarış, məhdudiyyət və yüklülüyə dair 6, əmlakın olub-olmaması ilə bağlı 11 arayış və 1 rəy verilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib və nəticədə 6 müayinə aktı yazılıb, 1 bölgü planı tərtib edilib.

Baxılıb: 226