CƏHRİ KƏND SAKİNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ OLUB
26.01.2019
Babək rayon Cəhri Kənd Mərkəzində “Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda kənd sakinləri ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Nəcəfalı Nəcəfalıyev çıxış edərək keçirilən tədbirin mahiyyəti haqqında məlumat veriblər.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev çıxışında bildirib ki, hazırda bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Bu sistem muxtar respublika üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi və istifadəsi üzrə kompleks tədbirlər həyata keçirməyə imkan yaradacaq.
Tədbirdə komitənin Dövlət Yerquruluşu, Geodeziya Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyev torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal xəritələrin tərtib edilməsi üçün ərazilərin plan və xəritələrinin tam, düzgün tərtib olunmasının əhəmiyyətindən danışıb.
ÖTƏN İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB, QARŞIDA DURAN VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİLİB
12.01.2019
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Müslüm Cabbarzadə açaraq bildirib ki, muxtar respublikada torpaqların elektron uçotunun aparılması və təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi 2018-ci ildə də diqqət mərkəzində saxlanılıb. Dövlət proqramına uyğun olaraq ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması üçün Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 26 küçədə ünvanların yenidən dəqiqləşdirilməsi işləri aparılıb, aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb.
Qeyd olunub ki, ötən il əkin dövriyyəsinə daxil olan torpaqların tərkibinin öyrənilməsi, torpaqların və əkinlərin rayonlaşdırılması da diqqətdə saxlanılıb. Torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının hazırlanması işləri davam etdirilib, muxtar respublikanın rayonlarındakı 28 bələdiyyənin yeni kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, torpaq sahələrinin konturlarının dəqiqləşdirilməsi aparılıb, topoqrafik elementlərin, mühəndis
AĞBULAQ KƏNDİNİN BİR QRUP SAKİNİNƏ ƏMLAKLARININ TEXNİKİ SƏNƏDLƏRİ VERİLİB
08.01.2019
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb, dekabrın 5-də Şahbuz rayonunun Ağbulaq kəndində Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub.
Bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə turizm-istirahət bölgəsinin torpaq ehtiyatlarının qorunması və səmərəli istifadəsinin təmin edilməsi, qanunsuz tikintilərin qarşısının alınması, bütün tikintilərin layihə əsasında aparılması və pasportlaşdırılması ilə bağlı tapşırıqlar verib.
Komitənin əməkdaşları verilən tapşırıqların icrasını təmin etmək məqsədilə kənddə olub. Vətəndaşların müraciətlərinin operativ şəkildə cavablandırılması üçün kənddə səyyari xidmət qrupu fəaliyyətə başlayıb. Bütün texniki işlər başa çatdırıldıqdan sonra bir qrup sakinə əmlaklarının texniki sənədləri və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar paylanılıb.
Kənd sakinləri göstərilən qayğıya görə minnətdarlıq ediblər.
ƏSGƏRLƏRƏ BAYRAM SOVQATI APARILIB
28.12.2018
Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Naxçıvan şəhərində yerləşən hərbi hissədə xidmət edən əsgərlərlə görüşüb, onlara bayram sovqatı aparılıb.
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün ordumuz ən müasir silah-sursata və yenilməz, qətiyyətli, peşəkar şəxsi heyətə malikdir. Muxtar respublikamızda sarsılmaz xalq-ordu birliyi formalaşıb, əlamətdar günlərdə əsgərlərlə görüşlərin keçirilməsi ənənə halını alıb.
Komitənin sədri qarşıdan gələn bayramlar münasibəti ilə əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.
Gətirilən bayram sovqatı əsgərlərə təqdim olunub.
