Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - HAMİLİYƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

HAMİLİYƏ VERİLMİŞ İXTİSASLARDA TƏHSİL ALAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

  31.10.2019

    Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində Naxçıvan Dövlət Universitetinin komitənin hamiliyinə verilmiş “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Komitənin sədri Müslüm Cabbarzadə açaraq tələbələrə Naxçıvan Muxtar Respublikasında dövlət torpaq idarəçiliyi sahəsində keçilmiş yol və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib.

   İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində görülmüş işlərdən bəhs edən komitə sədri hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması, yeni ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Tədbirdə Komitə Aparatının rəhbəri Nurlan Fətəliyevin “İnnovativ ideyalar əsasında yeni layihələrin işlənməsi”, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun direktoru Cəfər Əliyevin “Müasir torpaq idarəçiliyində geodeziyanın rolu” mövzularında çıxışları dinlənilib.

   Görüş zamanı hamiliyə verilmiş ixtisaslara yeni qəbul olunmuş tələbələrin innovativ ideyaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda tələbələr komitədə iş prosesi ilə tanış olub, müasir geodeziya-ölçü avadanlıqlarına baxış keçirilib.

Baxılıb: 2053