MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATI İSTİQAMƏTİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR
07.10.2020
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində mülkiyyət sənədlərinin hazırlanması ilə bağlı 117 müraciət daxil olmuş və icra edilmişdir.
Müraciətlər əsasında 24 daşınmaz əmlak obyektinin texniki pasportu, 42 həyətyanı, 51 kənd təsərrüfatı təyinatlı olmaqla, 93 torpaq sahəsinin plan-ölçüsü hazırlanmışdır. 17 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 94 arayış hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.
18 vətəndaşın şifahi müraciəti ilə əlaqədar əmlaklara yerində baxış keçirilmiş, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilmiş, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə rayonun Yuxarı Daşarx, Danyeri, Xətai, Yeni Havuş, Oğlanqala, Dizə, Cəlilkənd kəndlərində monitorinqlər başa çatdırılmışdır. Rayonda torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmiş, torpaqların qida maddələri ilə təmin olunmasına dair hazırlanmış yeni kartoqramlar Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut bələdiyyələrinə təqdim edilmişdir.
Ötən ay rayonun Stansiya Daşarx və Zeyvə kəndlərində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilmişdir.Mülkiyyət sənədləri hazırlanaraq hüquq sahiblərinə təqdim olunmuşdur.
Baxılıb: 411
