Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR OPERATİV QAYDADA İCRA OLUNUR

DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI İLƏ BAĞLI MÜRACİƏTLƏR OPERATİV QAYDADA İCRA OLUNUR

07.10.2020

Daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən 2020-ci ilin sentyabr ayında da mütəşəkkil davam etdirilmiş, 23 texniki pasport hazırlanmış, 97 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur.

Ötən dövrdə hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 121 müraciət daxil olmuş, qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılmış və qeydiyyata alınmışdır. Məhdudiyyət və yüklülüyə dair 60 arayış verilmişdir.

Rayonun Nəcəfəlidizə və Nəzərabad kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilmiş, qəbul edilmiş  müraciətlər əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunmuşdur.

Baxılıb: 436