BƏLƏDİYYƏLƏRƏ MƏXSUS TORPAQLARIN İCARƏYƏ VERİLMƏSİNƏ DAİR MONİTORİNQLƏR BAŞA ÇATIB
28.09.2020
Muxtar respublikamızda iqtisadiyyatın aparıcı sahəsi hesab olunan kənd təsərrüfatının daha sürətli inkişafına nail olmaq üçün torpaq fondundan, o cümlədən bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Torpaq məsələləri şöbəsinin mütəxəssislərindən təşkil edilmiş birgə işçi qrup tərəfindən 12 avqust – 22 sentyabr tarixlərində muxtar respublikanın bütün bələdiyyələrində icarəyə verilmiş torpaqların monitorinqi aparılmışdır. Keçirilən monitorinqlər zamanı torpaqların istifadəsində yol verilmiş nöqsanlar müəyyənləşdirilərək aradan qaldırılıması üçün müvafiq bələdiyyələrə tövsiyələr verilmişdir.
Torpaqların icarəyə verilməsi zamanı torpağın keyfiyyət qrupu, məhsuldarlığı, tələb və təklif səviyyəsi nəzərə alınmaqla icarə haqqının müəyyənləşdirilməsinin zəruriliyi, torpaqlardan təyinatı üzrə istifadə edilməsi, torpaqların çirkləndirilməməsi və münbitliyinin qorunmasının vacibliyi bələdiyyə üzvlərinin və icarəçilərin diqqətinə çatdırılmışdır.
Baxılıb: 408