TƏLƏBƏLƏR İSTEHSALAT TƏCRÜBƏSİ KEÇİRLƏR
26.11.2020
Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələr üçün Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin bazasında istehsalat təcrübəsi təşkil olunub.
Təcrübənin ilk günündə tələbələrə Xidmətin fəaliyyəti ilə bağlı geniş məlumat verilib.
Təcrübə prosesində peşəkar mütəxəssislər tərəfindən tələbələrə daşınmaz əmlak obyektlərinin və torpaq sahələrinin ölçülməsi, sxematik planların və tikinti layihələrinin hazırlanması ilə bağlı praktiki məsələlərin həlli öyrədiləcək, texnoloji vasitələrdən istifadə etməklə “Daşınmaz əmlakın texniki pasportu”nun, “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanması vərdişləri aşılanacaq.
Təcrübəçi tələbələrin yüksək dəqiqlikli geodeziya alətləri vasitəsi ilə planaalma işlərinin aparılması, çöl ölçmələri nəticəsində əldə edilmiş məlumatların köçürülməsi və emalı, plan və xəritələrin hazırlanması prosesində iştirakı da nəzərdə tutulur.
Baxılıb: 539