Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - RƏSM QALEREYASI ZİYARƏT OLUNUB

RƏSM QALEREYASI ZİYARƏT OLUNUB

16.11.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri noyabrın 14-də Naxçıvan Dövlət Rəsm Qalereyasını ziyarət ediblər.

Məlumat verilib ki, muxtar respublikada ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən Naxçıvan Dövlət Rəsm Qalereyasını da əhatə edib.    1982 –ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın fondunda 70-dən çox rəssamın 400-ə yaxın əl işi mühafizə olunur. Ekspozisiya zalında birinci guşə ümummilli liderimiz Heydər Əliyevə həsr olunub. İkinci guşədə tarix-mədəniyyət abidələrinə, üçüncü guşədə isə muxtar respublikamızın füsunkar təbiət gözəlliklərinə həsr olunmuş əsərlər sərgilənir.

Bildirilib ki, qalereyada 2012-ci ildən başlarayaq Naxçıvanda keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festifallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də yer alıb. Ekspozisiyanın sonunda isə ötən əsrdə muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində toxunmuş xalçalar ziyarətçilərə təqdim olunur. Qalereya həmçinin öz fondunu ildən-ilə zənginləşdirərək dəyərli sənət əsərlərini, milli-mədəni sərvətlərimizi özündə toplayır, gələcək nəsillər üçün qoruyub saxlayır və milli sərvətlərimizi belə gözəl rəsm əsərləri vasitəsilə təbliğ edir.

 

Baxılıb: 514