Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KOLLEGİYA İCLASI KEÇİRİLİB

KOLLEGİYA İCLASI KEÇİRİLİB

24.11.2020

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən növbəti kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq 2020-ci ilin ötən dövrü ərzində görülən işlərdən danışıb.

Gündəlikdə duran məsələlərlə bağlı Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, Ümumi şöbənin müdiri Tural Cəfərovun və Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Taleh Quliyevin çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, yerli qurumların fəaliyyətinə nəzarətin artırılması, bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, deqradasiyaya uğramış torpaq sahələrində münbitliyin bərpası və artırılması ilə bağlı tədbirlərin diqqətdə saxlanılması, maarifləndirmə tədbirlərinin keçirilməsi, ünvan reyestrində müvafiq düzəliş və dəqiqləşmə işlərinin davam etdirilməsi, növbəti il üçün Xidmətin iş planının layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.

Baxılıb: 412