Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

TORPAQLARDAN İSTİFADƏYƏ VƏ MÜLKİYYƏT HÜQUQLARININ QEYDİYYATINA DÖVLƏT NƏZARƏTİ GÜCLƏNDİRİLİB

05.03.2022

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi fevral ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlərin icrası ardıcıl davam etdirilib.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planı və “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər Planına uyğun olaraq Şahbuz rayonunun Daylaqlı, Babək rayonunun Kültəpə, Culfa rayonunun Əbrəqunus kəndlərində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Şərur rayonunun Muğanlı, Həmzəli, Alışar, Şahbulaq və Siyaqut kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görülüb. Şərur rayonunun Axura, Gümüşlü, Aşağı Yaycı, Yuxarı Yaycı kəndlərinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsinin ərazisində monitorinqlər davam etdirilib.

Ardını oxu »

“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN SƏKKİZİNCİ NÖMRƏSİ ÇAP EDİLİB

04.03.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin səkkizinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.

İnformasiya bülletenində Kəngərli rayonunda torpaqların su təminatının yaxşılaşdırılması məqsədilə qapalı suvarma şəbəkəsinin qurulması, Culfa şəhərində dövlət qurumları üçün yeni inzibati binanın və çoxmənzilli yaşayış binasının açılışına dair rəsmi məlumatlar yer alıb. Muxtar respublikada mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması, torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə aparılan monitorinqlər barədə xəbərlər yerləşdirilib. Xidmətin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş, 3 ölçülü xəritələrin və naviqasiya sistemlərinin hazırlanması ilə bağlı təlimlər barədə materiallar verilib.

Ardını oxu »

XANLIQLAR KƏNDİNDƏ TORPAQ MÜLKİYYƏTÇİLƏRİ VƏ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLİB

24.02.2022

Şərur rayonunun Xanlıqlar kəndində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Şərur Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə torpaqlardan təyinatına uyğun səmərəli istifadə olunması və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi barədə torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri və sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib.

Tədbiri Şərur Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Məmməd Məmmədov açaraq torpaqlardan təyinatına uyğun səmərəli istifadədən, aqrar sahənin inkişafından,bu sahəyə göstərilən dövlət dəstəyi və tədbirin əhəmiyyəti barədə məlumat verib.

Tədbirdə Xidmətin əməkdaşı Xəlil Axundov, rayon prokurorluğunun müstəntiqi Rauf Cəfərov və digər çıxış edənlər tərəfindən qeyd olunub ki, torpaqlardan təyinatı üzrə istifadə edilməməsi orada özbaşına tikililərin aparılması, eləcə də mühafizə zonalarının qanunsuz çəpərlənməsi və tikililərin inşa edilməsidir. Bəzi hallarda vətəndaşlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar.

Ardını oxu »

XİDMƏTİN KOLLEKTİVİ “NAXÇIVANQALA” TARİX-MEMARLIQ MUZEY KOMPLEKSİNDƏ OLUB

21.02.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun kollektivləri 19 fevral 2022-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət edib.

Məlumat verilib ki, Naxçıvan abidələri içərisində mühüm əhəmiyyətə malik “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2013-cü il tarixli Sərəncamı ilə yaradılmışdır. “Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Ərazidə gedən müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılmış, sonra yenidən bərpa edilmişdir. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri nəticəsində ərazidə bərpa işləri aparılmış, 2014-cü ildə muzey kompleksi kimi fəaliyyətə başlamışdır.

Qeyd olunub ki, muzeyin fondunda 500-dən çox eksponat vardır. Həmin eksponatların əksəriyyəti ekspozisiyada nümayiş etdirilir. E.e V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır.

Ardını oxu »