Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - ORDUBADDA AİLƏ TƏSƏRRÜFATÇILARI ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ TƏŞKİL OLUNUB

ORDUBADDA AİLƏ TƏSƏRRÜFATÇILARI ÜÇÜN SEMİNAR-MÜŞAVİRƏ TƏŞKİL OLUNUB

31.03.2023

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabirkənddə ailə təsərrüfatçılarının və torpaq mülkiyyətçilərinin iştirak ilə seminar-müşavirə keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Zamiq Babayev son illər rayonda aqrar sahə ilə bağlı həyata keçirilən tədbirlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib.

Aid qurumların əməkdaşları muxtar respublikanın digər rayonları kimi meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirildiyi Ordubadın da ailə təsərrüfatçıları tərəfindən müxtəlif, çox çeşidli məhsuları hazırladıqlarını diqqətə çatdırıb, bu sahənin inkişafı ilə əlaqədar daim göstərilən dövlət dəstəyindən danışıblar. Seminar-müşavirədə ailə təsərrüfatlarında istehsal olunan məhsulların təbliği və təşviqi, yaz əkinlərinin əkin atlaslarına uyğun aparılması, növbəli əkin sisteminin tətbiqi və torpaqlardan səmərəli istifadə yolları barədə çıxışlar dinlənilib.

Ailə təsərrüfatçılarını maraqlandıran suallara da aydınlıq gətirilib, maarifləndirici bukletlər paylanılıb.

Baxılıb: 195