Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

DAŞINMAZ ƏMLAKIN İNVENTARLAŞDIRILMASI DİQQƏTDƏ SAXLANILIR

19.07.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2022-ci ilin I yarımili ərzində mülkiyyət sənədlərinin hazırlanması üçün 439 müraciətə baxılıb. Müraciətlər əsasında 155 fərdi yaşayış evinin, 70 mənzilin, 1 qeyri-yaşayış sahəsinin, 2 qeyri-yaşayış binasının, ümumilikdə, 228 daşınmaz əmlak obyektinin texniki pasportu, 211 torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 60 bölgü planı, 30 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.

Altı ay ərzində 90 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Vətəndaşın şifahi müraciəti əsasında əmlaklara yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ötən dövr ərzində Naxçıvan şəhəri ərazisində dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, torpaqdan qanunsuz istifadəyə dair aşkarlanmış faktlar aradan qaldırılıb.

Ardını oxu »

İPOTEKA KAĞIZININ QEYDİYYATI ELEKTRONLAŞDIRILIB

18.07.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ipoteka kağızının tərtibinin və qeydiyyata alınmasının elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Əsas məqsəd elektron xidmətlərin tətbiqini genişləndirməklə vətəndaş məmnunluğunu artırmaq və operativliyi təmin etməkdir.

Proses yeni yaradılmış İpoteka Kağızının Elektron Sistemi (ikes.emlak.gov.az) vasitəsilə həyata keçirilir. Sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

İpoteka qoyan “Elektron hökumət” portalında yaratdığı elektron kabinet vasitəsilə sistemdə müəyyən edilmiş formaya uyğun müvafiq məlumatları (ipoteka müqaviləsi əsasında) doldurmaqla ipoteka kağızını tərtib edir. İpoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Əməliyyatların aparılması ilə bağlı ödənişlər real vaxt rejimində elektron sistem vasitəsilə həyata keçirilir.

Ardını oxu »

MUXTAR RESPUBLİKADA QEYDİYYATI APARILMIŞ DAŞINMAZ ƏMLAK OBYEKTLƏRİNİN SAYI ARTIB

15.07.2022

Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin I yarımili ərzində 3565 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bunun 1119 ilkin, 2446 təkrar qeydiyyatdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərinin sayı 3,5 faiz artıb.

Hüquqlar dövlət reyestrində qeydiyyata alınmış əmlaklardan 1300 torpaq sahəsi, 53 qeyri-yaşayış binası, 48 qeyri-yaşayış sahəsi, 782 mənzil, 1364 fərdi yaşayış evi, 10 bağ evi, 8 əmlak kompleksi kimi müəssisə olub. Daxil olmuş müraciətlər əsasında 1014 əmlaka dair texniki pasport, 1532 torpaq sahələsinə dair plan-ölçü olmaqla, 2546 texniki sənəd hazırlanıb.

Qeyd edək ki, dövr ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 1514-ü Naxçıvan şəhərinin, 709-u Şərur, 558-i Babək, 211-i Ordubad, 228-i Culfa, 177-si Şahbuz, 128-i Kəngərli və 40-ı Sədərək rayonlarının payına düşüb.

Ardını oxu »

ŞƏRUR RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

14.07.2022

Vətəndaşların daşınmaz əmlak və torpaqla əlaqədar müraciətlərinin operativ şəkildə cavablandırılması və göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi birinci yarımil ərzində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

I yarımil ərzində idarə tərəfindən 95 fərdi yaşayış evinin, 21 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin, 6 qeyri-yaşayış binasının, 5 qeyri-yaşayış sahəsinin, ümumilikdə, 128 daşınmaz əmlak obyektinin texniki pasportu, 322 həyətyanı, 179 kənd təsərrüfatı təyinatlı olmaqla, 501 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 21,8% artıb.

Texniki sənədlərin hazırlanması zamanı 207 müayinə aktı yazılıb, 7 bölünmə, 30 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub. 158 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 548 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib.

81 vətəndaşın şifahi müraciətinə baxılaraq müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Ardını oxu »