Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

ŞAHBUZ RAYONUNUN AĞBULAQ KƏNDİNDƏ AİLƏ TƏSƏRRÜFATLARI İLƏ GÖRÜŞ KEÇİRİLİB

20.05.2022

Şahbuz Rayonunun Ağbulaq kəndində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə maarifləndirici görüş keçirilib.

Tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd Bayramov açaraq rayonda ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşmasında, yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsində və ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıda keçirilən maarifləndirici tədbirlərin rolundan, muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin diqqətinə çatdırılıb.

Ardını oxu »

DAŞINMAZ ƏMLAKIN ELEKTRON QEYDİYYATI SİSTEMİNDƏ TƏTBİQ EDİLƏN YENİLİKLƏRƏ DAİR TƏLİM KEÇİRİLİB

20.05.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində yerli bölmələrinin əməkdaşlarının və Naxçıvan Dövlət Universitetinin Xidmətdə istehsalat təcrübəsi keçən tələbələrinin iştirak ilə “Daşınmaz əmlakın elektron qeydiyyatı sistemində yeniliklərin tətbiqi” mövzusunda təlim keçirilib.

Xidmətin yerli bölmələrinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimdə Xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov bildirib ki, muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişaf etdirilməsi, xidmətlərin sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı sahəsində mütəmadi olaraq yeniliklər tətbiq olunur. Artıq daşınmaz əmlakla bağlı təqdim olunan xidmətlərin böyük əksəriyyəti elektronlaşdırılıb. Daşınmaz əmlak və torpaqla bağlı göstərilən xidmətlər “Elektron Xidmətlər Portalı” vasitəsilə vahid platforma üzərindən təqdim olunur. Hazırda Xidmət tərəfindən fiziki və hüquqi şəxslərə qəbul edilmiş normativ-hüquqi aktların tələbinə uyğun 23 növdə elektron xidmət göstərilir.

Ardını oxu »

ƏMLAK VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ İŞLƏR MÜTƏŞƏKKİLLİKLƏ DAVAM ETDİRİLİR

17.05.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması qarşıda duran həlli vacib məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılıb. Bu baxımdan daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər aprel ayında da mütəşəkkilliklə davam etdirilmiş, 13 fərdi yaşayış evinə, 2 mənzilə məxsus olmaqla, ümumilikdə, 15 daşınmaz əmlak obyektinin texniki pasportu, 21 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim olunmuşdur. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilmiş, 19 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə edilmişdir.

Ötən ay ərzində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 34 müraciət qəbul olunmuş, məhdudiyyət və yüklülüyə dair 33 arayış verilmişdir.

Ardını oxu »

KƏNGƏRLİ RAYONUNDA MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

16.05.2022

Kəngərli rayonunun Böyükdüz kəndində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi, torpaqlardan səmərəli istifadə olunması barədə rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri ilə tarla seminar-müşavirəsi keçirilib.

Seminar-müşavirəni giriş sözü ilə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Ağa Seyidov açaraq rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən və muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Tədbirdə aid təşkilatların nümayəndələri tərəfindən nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq mütəxəssis məsləhətləri ailə təsərrüfatları nümayəndələrinin və torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılıb.

Ardını oxu »