Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI 96 TEXNİKİ SƏNƏD HAZIRLANIB

DAŞINMAZ ƏMLAKLA BAĞLI 96 TEXNİKİ SƏNƏD HAZIRLANIB

05.09.2022

Vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası və daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2022-ci ilin avqust ayında da mütəşəkkil davam etdirilib.

Ötən ay ərzində müraciətlər əsasında 37 fərdi yaşayış evinin, 23 mənzilin, 2 qeyri-yaşayış binasının olmaqla, ümumilikdə 62 daşınmaz əmlak obyektinin texniki pasportu, 34 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 17 bölgü planı, 4 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub. 6 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan şəhərinin Əliabad qəsəbəsində və “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Naxçıvan şəhəri ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 153