Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏQSƏDİ İLƏ MONİTORİNQLƏR DAVAM ETDİRİLİR

TORPAQLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏQSƏDİ İLƏ MONİTORİNQLƏR DAVAM ETDİRİLİR

07.09.2022

Daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan səmərəli istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi 2022-ci ilin avqust ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən diqqətdə saxlanılıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ay ərzində rayonunun Şahbuzkənd, Keçili, Mahmudoba, Nursu kəndlərinin ərazisində monitorinqlər başa çatdırıb, müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri aparılıb. Ayrınc, Qızıl Qışlaq və Güney Qışlaq kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.

Ay ərzində 9 fərdi yaşayış evinin, 1 mənzilin texniki pasportu hazırlanıb, 15 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 20 müayinə aktı tərtib edilib. Məhdudiyyət və yüklülüyə dair 10, əmlakın olub-olmamasına dair 5 arayış hazırlanıb.

Vətəndaşlardan daxil olmuş 7 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunauyğun cavablandırılıb.

Baxılıb: 185