XİDMƏTDƏ SIĞORTA NÖVLƏRİ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
29.09.2022
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində sığorta növlərinin icrası ilə bağlı “Naxçıvan Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin əməkdaşları tərəfindən maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Xidmətin Ümumi şöbəsinin müdiri Ruslan Rüstəmov açaraq muxtar respublikada sığortanın daha da inkişafı məqsədilə görülmüş işlər və tədbirin mahiyyəti barədə məlumat verilib.
“Naxçıvan Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin mütəxəssisləri “Daşınmaz əmlakın icbari sığortası”, “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, “Fərdi qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası”, “Aqrar sığorta”, “Könüllü tibbi sığorta” növləri və əvvəlki dövrlərdə baş vermiş hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və maarifləndirici bukletlər təqdim olunub.
Baxılıb: 277