Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏTDƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ İLƏ BİRGƏ MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

XİDMƏTDƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ İLƏ BİRGƏ MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

05.10.2022

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə mülki müdafiə, fövqəladə hallardan qorunma, yanğın təhlükəsizliyinin təmin olunması və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ümumi şöbəsinin müdiri Ruslan Rüstəmov açaraq keçirilən tədbir işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Fövqəladə Hallar Nazirliyinin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi Vüqar Məmmədov müəssisələrdə mülki müdafiə və fövqəladə hallara hazırlıq və muxtar respublikada ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin fəaliyyəti barədə məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə, dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara ətraflı məlumatlar verib.

Tədbirin sonunda iştirakçıları mаrаqlаndırаn suаllаr cаvаblаndırılıb.

Baxılıb: 211