Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

MUXTAR RESPUBLİKADA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

08.09.2022

Muxtar respublikamızda kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır, mütəmadi monitorinqlər aparılır.

Torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə cari ilin ötən dövrü ərzində Şərur və Kəngərli rayonlarında, eyni zamanda Şahbuz rayonunun Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs, Şahbuzkənd, Keçili, Mahmudoba və Nursu kəndlərində monitorinqlər yekunlaşdırılıb. Şərur rayonunun Alışar, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Dərvişlər, Gümüşlü, Həmzəli, Muğanlı, Püsyan, Şahbulaq, Siyaqut və Tumaslı kəndlərində 22 hektar, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1,3 hektar və Şahbuz rayonunun 10 yaşayış məntəqəsində 38 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə (bələdiyyə mülkiyyətinə) geri qaytarılıb.

Aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarının zəbt etmiş vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb, vətəndaşlara Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbləri, yəni torpaq sahələrinin özbaşına tutulması, zəbt olunmasının qadağan olunduğu izah edilib.

Şərur, Kəngərli və Şahbuz rayonlarında monitorinqlər nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri və Şahbuz rayonunun digər yaşayış məntəqələrində monitorinqlər davam etdirilir.

Baxılıb: 168