Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - XİDMƏTİN KOLLEKTİVİ FİZİKİ İMKANLI ŞƏXSLƏRİN VƏ QADINLARIN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ-SATIŞI İLƏ TANIŞ OLUB

XİDMƏTİN KOLLEKTİVİ FİZİKİ İMKANLI ŞƏXSLƏRİN VƏ QADINLARIN ƏL İŞLƏRİNDƏN İBARƏT SƏRGİ-SATIŞI İLƏ TANIŞ OLUB

06.10.2022

5 oktyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivləri məhdud fiziki imkanlı şəxslərin, muxtar respublikanın şəhər və rayonlarda yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərlərinin və üzvlərinin, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların əl işlərindən ibarət sərgi-satışı ilə tanış olub.

Sərgi-satışa çıxarılan əl işləri və rəsm əsərləri barədə məlumat verilib. Bildirilib ki, sərgiyə müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, qrafik iş, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri, milli-mənəvi dəyələrini əks etdirən əl işləri olmaqla ümumilikdə 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb.

Baxılıb: 182