Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ CAVABLANDIRILIR

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ CAVABLANDIRILIR

08.09.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər cari ilin avqust ayı ərzində mütəşəkkil davam etdirilib.

Ay ərzində müraciətlər əsasında 25 fərdi yaşayış evinə, 1 mənzilə, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, ümumilikdə, 27 texniki pasport hazırlanıb, 57 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. Texniki sənədlərin hazırlanması zamanı 10 bölgü planı, 50 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün 95 müraciət qəbul edilərək icra edilib. Məhdudiyyət və yüklülüyə dair 70, əmlakın olub-olmamasına dair 20 arayış, 11 torpaq sahəsinə dair rəy hazırlanıb.

Rayonun Məmmədrza Dizə və Gülşənabad kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilib.

 

Baxılıb: 187