DOQQUZ AY ƏRZİNDƏ CULFA RAYONUNDA DAŞINMAZ ƏMLAKLA BAĞLI 244 TEXNİKİ SƏNƏD HAZIRLANIB
10.10.2022
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsitərəfindən 9 ay ərzində 83 fərdi yaşayış evinə, 36 mənzilə, 2 qeyri-yaşayış binasına, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, 122 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb.122 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Texniki sənədlərin hazırlanması zamanı 125 müayinə aktı yazılıb, 17 bölgü planı tərtib edilərək arxiv sənədlərinə əlavə edilib.
Dövlət reyestrindən 308 çıxarışın, məhdudiyyət və yüklülüyə dair 248 arayışın verilməsi ilə əlaqədar qəbul edilmiş hüquqi sənədlər ilkin olaraq yoxlanılıb və qanunvericiliyə uyğun icra edilib. 154 sosial arayış, 45 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
9 ay ərzində vətəndaşlardan 54 şifahi, 8 yazılı müraciət daxil olub, müraciətlər yerində araşdırılıb və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.
Rayonun Şurud, Yaycı, Gülüstan, Saltaq, Gal, Boyəhməd, Teyvaz, Ləkətağ və Milax kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək, hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 234