Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ KƏNGƏRLİ RAYONUNUN TORPAQ MÜLKİYYƏTÇİLƏRİ İLƏ KEÇİRLİB

NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ KƏNGƏRLİ RAYONUNUN TORPAQ MÜLKİYYƏTÇİLƏRİ İLƏ KEÇİRLİB

22.09.2022

Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, o cümlədən Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Böyükdüz kəndində torpaq mülkiyyətçiləri, istifadəçiləri, icarəçiləri və rayon ərazisində fəaliyyət göstərən ailə təsərrüfatları ilə seminar-müşavirə keçirilib.

Tədbir zamanı muxtar respublikamızda aqrar sahənin inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışılıb, iştirakçılar əkin atlasların uyğun əkinlərin aparılması, növbəli əkin sisteminin tətbiqi, ailə təsərrüfatlarında məhsul çeşidinin genişləndirilməsi, təsərrüfatlarda ixtisaslaşmanın əhəmiyyəti və istehsal olunan məhsulların təbliği ilə bağlı maarifləndirilib.

Seminar müşavirədə muxtar respublikamızda torpaqlardan səmərəli istifadə sahəsində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən bəhs edilib, torpaqların münbitliyinin qorunması və artırılması yolları barədə məlumat verilib. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquq və vəzifələri onlara ətraflı izah edilib, torpağa münasibətdə qanunsuz əməllərin yaratdığı məsuliyyət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib. İştirakçılara maarifləndirici bukletlər təqdim olunub.

Baxılıb: 155