Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI ARTIB

MÜLKİYYƏT HÜQUQLARININ DÖVLƏT QEYDİYYATI ARTIB

09.09.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması cari ilin avqust ayı ərzində diqqətdə saxlanılıb.

İdarə tərəfindən müraciətlər əsasında 17 fərdi yaşayış evinin, 3 mənzilin, ümumilikdə 20 daşınmaz əmlak obyektinin texniki pasportu, 79 həyətyanı, 69 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan-ölçüsü hazırlanaraq vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 2 birləşmə planı, 29 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.

Ay ərzində məhdudiyyət və yüklülüyə dair 125, əmlakın olub-olmamasına dair 14 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub, 5 əmlakın bazar dəyərinə uyğun qiymətləndirilməsi icra edilib.

Rayonun Aşağı Yaycı və Çərçiboğan kəndlərində vətəndaşlara səyyar xidmət göstərilib. Vətəndaşlardan daxil olmuş 15 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunauyğun cavablandırılıb.

        

Baxılıb: 159