Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - SƏDƏRƏK RAYONUNDA QEYDİYYATA ALINMIŞ ƏMLAKLARIN SAYI ARTIB

SƏDƏRƏK RAYONUNDA QEYDİYYATA ALINMIŞ ƏMLAKLARIN SAYI ARTIB

07.10.2022

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən cari ilin doqquz ayı ərzində vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılıb.

Ötən dövr ərzində 20 texniki pasport hazırlanıb, 37 torpaq sahəsinin planı və ölçüsü tərtib edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış əmlakların sayı 3,6% artıb. Texniki sənədlərin hazırlanması zamanı əmlaklara yerində baxış keçirilib, 28 müayinə aktı yazılıb.

9 ay ərzində daxil olan müraciətlər əsasında 23 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 50 arayış, 3 bölgü planı hazırlanıb. Vətəndaşlardan daxil olmuş 87 müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbi vətəndaşlara izah edilib.

Rayon  ərazisində olan dövlət və bələdiyyə torpaqlarından, həmçinin xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Baxılıb: 168