Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - Xəbərlər

CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRLƏ BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLİB

20.10.2022

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən növbəti kollegiya iclasını Xidmətin rəisi Müslüm Cabbarzadə açaraq cari ilin doqquz ayı ərzində görülən işlərdən danışıb.

Gündəlikdə duran məsələlərlə bağlı Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri Əkbər Əliyevin, İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədovun, “Yerquruluşu, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyevin çıxışları dinlənilib. Görülmüş işlər barədə slaydlar vasitəsilə məlumatlar verilib. Müzakirə olunan məsələlərə dair qərar layihələri oxunaraq səsə qoyulub və qəbul edilib.

Kollegiya iclasına Xidmətin rəisi Müslüm Cabbarzadə yekun vuraraq Xidmətin tabeliyində olan qurum və struktur bölmələrində işin günün tələbləri səviyyəsində qurulması, bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadəyə və onların

Ardını oxu »

ŞƏRUR RAYONUNDA CARİ İLİN DOQQUZ AYI ƏRZİNDƏ 982 ƏMLAK DÖVLƏT QEYDİYYATINA ALINIB

20.10.2022

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər cari ilin ötən dövrü ərzində də mütəşəkkil davam etdirilib.

İdarə tərəfindən doqquz ay ərzində 150 fərdi yaşayış evinin, 34 mənzilin, 1 əmlak kompleksi kimi müəssisənin, 6 qeyri-yaşayış binasının, 7 qeyri- yaşayış sahəsinin, ümumilikdə, 198 daşınmaz əmlak obyektinin texniki pasportu, 481 həyətyanı, 303 kənd təsərrüfatı təyinatlı olmaqla, 784 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 16% artıb.  Texniki sənədlərin hazırlanması zamanı 321 müayinə aktı yazılıb, 12 bölünmə, 38 birləşmə planı tərtib edilərək arxiv sənədlərinə əlavə olunub.

Ötən dövr ərzində 196 sosial arayış, məhdudiyyət və yüklülüyə dair 870 arayış hazırlanaraq vətəndaşlara təqdim edilib, 38 əmlakın qiymətləndirilməsi icra edilərək müvafiq hesabatlar hazırlanıb. 121 vətəndaşın şifahi müraciətinə baxılıb və müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Rayonunun 17 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş müraciətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilib.

Ardını oxu »

ÖTƏN AY 467 TEXNİKİ SƏNƏD HAZIRLANIB

19.10.2022

Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi sentyabr ayında da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb.

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Babək rayonunun Güznüt, Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq isə aid təşkilatların nümayəndələri ilə birlikdə Kəngərli rayonunun Böyükdüz kəndində bələdiyyə sədrlərinin, ailə təsərrüfatı başçılarının, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə ötən ay Şərur şəhərinin, Kəngərli rayonunun Qıvraq qəsəbəsinin və Sədərək rayonunun Dəmirçi, Şahbuz rayonunun Keçili, Mahmudoba, Nursu, Ayrınc və Güney Qışlaq kəndlərinin ərazisində müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması işləri aparılıb. Şahbuz rayonunun Badamlı qəsəbəsində monitorinq başa çatıb, Qızıl Qışlaq, Kükü, Biçənək və Kolanı kəndlərinin ərazisində monitorinqlər davam etdirilib.

Ardını oxu »

ORDUBAD RAYONUNUN YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ VƏTƏNDAŞLARA SƏYYAR XİDMƏT GÖSTƏRİLİB

19.10.2022

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2022-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

İdarə tərəfindən ötən dövr ərzində 141 daşınmaz əmlak obyektinin texniki pasportu, 160 torpaq sahəsinin plan-ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 3,1% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 193 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 294 müraciət qəbul edilib, məhdudiyyət və yüklülüyə dair 231 arayış, 69 sosial arayış, 10 ünvan arayışı, 15 dublikat sənəd verilib. 43 torpaq sahəsinə dair rəy hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Ardını oxu »