Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQ MÜLKİYYƏTÇİLƏRİ, BƏLƏDİYYƏLƏR VƏ SAHİBKARLARIN İŞTİRAKI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

TORPAQ MÜLKİYYƏTÇİLƏRİ, BƏLƏDİYYƏLƏR VƏ SAHİBKARLARIN İŞTİRAKI İLƏ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB

29.09.2022

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Babək rayonunun Güznüt kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar - müşavirəni giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Müşfiq Məmmədsoy açaraq muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılmış nailiyyətlər və keçirilən tədbirin əhəmiyyəti barədə məlumat verib.

Seminar - müşavirədə aid təşkilatların nümayəndələri tərəfindən torpaqlardan təyinatına uyğun səmərəli istifadə edilməsi və əkilməyən kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb olunması, kənd təsərrüfat məhsullarının istehsalı, kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin bərpa edilməsinin əhəmiyyəti, kanallarda su sızmalarının qarşısının alınması və təsərrüfat daxili axarların təmizlənməsi, kənd təsərrüfatında innovativ texnologiyaların və mütərəqqi əkin üsullarının tətbiqi, o cümlədən növbəli əkin sisteminin tətbiq edilməsi və düzgün aparılması barədə iştirakçılara məlumat verilib.

Baxılıb: 175