DAŞINMAZ ƏMLAKLA BAĞLI MÜRACİƏTLƏR OPERATİV İCRA OLUNUB
05.08.2021
Daşınmaz əmlak obyektlərinə məxsus texniki sənədlərin hazırlanması və vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinin operativ icrası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 2021-ci ilin iyul ayında da mütəşəkkil davam etdirilib.
Ay ərzində texniki sənədlərin hazırlanması üçün 77 müraciət daxil olub. Müraciətlər əsasında 35 fərdi yaşayış evinin, 6 mənzilin olmaqla, ümumilikdə 41 daşınmaz əmlak obyektinin texniki pasportu, 36 torpaq sahəsinin plan-ölçüsü hazırlanıb vətəndaşlara təqdim edilib. Texniki sənədlərin hazırlanması zamanı 15 bölgü planı, 13 müayinə aktı tərtib edilib və arxiv sənədlərinə əlavə olunub.
Ötən dövr ərzində 12 əmlakın qiymətləndirilməsi icra edilib, qiymətləndirilmələrə dair hesabatlar hazırlanıb. Hüquq sahiblərinin müraciəti əsasında əmlaka yerində baxış keçirilib, qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.
Naxçıvan şəhəri ərazisində torpaqlardan təyinatı üzrə istifadə vəziyyəti və onların mühafizəsi mütəmadi olaraq nəzarətdə saxlanılıb.
622 DAŞINMAZ ƏMLAK OBYEKTİ ÜZƏRİNDƏ HÜQUQLAR DÖVLƏT QEYDİYYATINA ALINIB
04.08.2021
Muxtar respublikada daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət 2021-ci ilin iyul ayında da Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan şəhəri ərazisində 115,81 hektar meyvə bağı və 209,88 hektar meşə zolağı, Babək rayonu ərazisində 741,47 hektar meyvə bağı və 426,90 hektar meşə zolağı plana alınaraq xəritələşdirilmişdir.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Şərur rayonunun Məmmədsabir kəndində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatı nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilmişdir.
SƏYYAR XİDMƏTLƏR VƏTƏNDAŞLARIN RAHATLIĞININ TƏMİNATÇISIDIR
23.07.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 2021-ci ilin 6 ayı ərzində muxtar respublikanın kənd yaşayış məntəqələrində vətəndaşlara səyyar xidmətlərin göstərilməsini mütəşəkkil qaydada davam etdirilmişdir. Şərur rayonunun 12 yaşayış məntəqəsində 56, Babək rayonunun 11 yaşayış məntəqəsində 29, Ordubad rayonunun 10 yaşayış məntəqəsində 33, Culfa rayonunun 6 yaşayış məntəqəsində 30, Şahbuz rayonunun 6 yaşayış məntəqəsində 21 müraciət olmaqla ümumilikdə muxtar respublikanın 46 yaşayış məntəqəsində səyyar xidmət göstərilmiş, 169 müraciətə baxılmışdır.
Səyyar xidmət zamanı vətəndaşlara daşınmaz əmlak üzərində əvvəllər yaranmış hüquqlarla bağlı verilmiş mülkiyyət sənədlərinin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, dövlət aktlarının, qeydiyyat vəsiqələrinin daşınmaz
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIR
17.07.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 2021-ci ilin I yarısı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılmış, vətəndaşların müraciətləri əsasında 35 fərdi yaşayış evinə, 6 mənzilə məxsus texniki pasport hazırlanmışdır.
Plan ölçünün hazırlanması üçün 122, hüquqların dövlət qeydiyyatına alınması üçün 167 müraciətə baxılmışdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 34,7% artmışdır. Məhdudiyyət və yüklülüyə dair 133, əmlakın olub olmamasına dair 96 arayış, 6 dublikat sənəd verilmişdir.
Rayonun 6 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilmiş, qəbul edilmiş 21 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri qısa zaman ərzində hüquq sahiblərinə təqdim olunmuşdur.
