Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR

DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUR

14.09.2021

Torpaqların idarəçiliyi sahəsində yeni yanaşmaların tətbiqi, əmlak münasibətlərində qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlak subyektlərinin dövlət reyestrinin aparılması, eləcə də, qarşıya qoyulmuş mühüm vəzifə və tapşırıqların həlli istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsi tərəfindən cari ilin avqust ayında da diqqət mərkəzində saxlanılaraq mütəşəkkil davam etdirilib. 

Ötən ay idarə tərəfindən 11 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 30 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək hüquq sahiblərinə təqdim edilib. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 22 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 45 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 33 arayış verilib.

Vətəndaşlardan daxil olmuş 13 şifahi müraciətlə əlaqədar operativ olaraq əmlaklara yerində baxış keçirilib, qanunamüvafiq icra edilib və qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Rayonun Pəzməri və Yuxarı Əndəmic kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş  müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

 

 

Baxılıb: 963