DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQLARDAN İSTİFADƏYƏ NƏZARƏT DİQQƏTDƏ SAXLANILIB
12.10.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən 2021-ci ilin 9 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı və torpaqlardan istifadəyə nəzarət diqqətdə saxlanılıb, vətəndaşların müraciətləri əsasında 56 fərdi yaşayış evinə, 13 mənzilə, 1 qeyri-yaşayış binasına, 1 qeyri-yaşayış sahəsinə məxsus olmaqla, ümumilikdə 71 daşınmaz əmlak obyektinin texniki pasport hazırlanıb.
Plan-ölçünün hazırlanması üçün 180, hüquqların dövlət qeydiyyatına alınması üçün 271 müraciətə baxılıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 21,8% artıb. Məhdudiyyət və yüklülüyə dair 211, əmlakın olub olmamasına dair 112 arayış verilib, 8 bölgü planı, 10 dublikat sənəd hazırlanıb hüquq sahiblərinə təqdim olunub.
Ötən dövr ərzində vətəndaşlardan daxil olmuş 7 yazılı, 39 şifahi müraciət əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlər qanunauyğun cavablandırılıb.
Rayonun 9 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 33 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim olunub.
Baxılıb: 1140