Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - MUXTAR RESPUBLİKADA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

MUXTAR RESPUBLİKADA TORPAQLARDAN QANUNSUZ İSTİFADƏ HALLARININ QARŞISI ALINIR

22.09.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən torpaqlardan təyinatına uyğun, səmərəli istifadənin təmin edilməsi, əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadənin qarşısının alınması torpaqlardan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə monitorinqlər davam etdirilir.

Hazırda Şərur və Kəngərli rayonlarında bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır, aşkar olunmuş qanunsuz istifadə hallarının aradan qaldırılması üçün müvafiq qanunvericiliyin tələbinə uyğun tədbirlər həyata keçirilir.

Kəngərli rayonunun Çalxanqala kəndində aparılan monitorinqlər zamanı kənd sakinləri tərəfindən qanunsuz istifadə edilən torpaq sahələrinin metal çəpərləri sökülərək bələdiyyə mülkiyyətinə qaytarılıb.

İndiyədək rayonun Böyükdüz, Şahtaxtı, Yurdçu, Qabıllı, Təzəkənd, Qarabağlar və Xıncab kəndlərində monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadə halları aradan qaldırılıb.

Baxılıb: 998