Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQLA BAĞLI MААRİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

08.10.2021

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyi ilə birgə payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Aparat rəhbəri Ayaz Cabbarov açaraq keçirilən tədbir işçilərin fövqəladə hallara hazırlığı ilə bağlı müəyyən olunmuş qaydalara əməl etməsi, yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Fövqəlаdə Hаllаr Nazirliyi Aparatının Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi Əbülfəz Qafarov Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə də fərdi evlərdə və ictimai yaşayış binalarında qızdırıcı elektrik və qaz cihazlarından istifadə, dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara ətraflı məlumatlar verib.

Tədbirin sonunda iştirakçıları mаrаqlаndırаn suаllаr cаvаblаndırılıb.

Baxılıb: 1197