Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

DAŞINMAZ ƏMLAKLA BAĞLI VƏZİFƏLƏR UĞURLA İCRA OLUNUB

08.10.2021

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması diqqət mərkəzində saxlanılıb, daşınmaz əmlak, torpaq və digər fəaliyyət istiqamətləri üzrə görülən işlər cari ilin 9 ayı ərzində mütəşəkkil davam etdirilib.

9 ay ərzində müraciətlər əsasında 117 daşınmaz əmlak obyektinin texniki pasportu, 175 torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 45,3% artıb. Texniki sənədlərin hazırlanması üçün əmlaklara yerində baxış keçirilib, 160 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 296 müraciət qəbul edilərək icra edilib, müraciətlər əsasında məhdudiyyət və yüklülüyə dair 266, əmlakın olub olmaması ilə bağlı 117 arayış qanunvericiliyə uyğun hazırlanaraq vətəndaşlara təqdim edilib.

Ötən dövrdə 98 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub.

Rayonun 16 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, qəbul edilmiş 36 müraciət operativ icra edilərək hazırlanmış mülkiyyət sənədləri hüquq sahiblərinə təqdim edilib.

Baxılıb: 988