Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - CULFA RAYONUNDA TARLA-SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLİB

CULFA RAYONUNDA TARLA-SEMİNAR MÜŞAVİRƏ KEÇİRİLİB

09.09.2021

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonunun Ərəzin kəndində torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları ilə tarla-seminar müşavirə keçirilib.

Seminar-müşavirəni giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Mustafa Cəlilov açaraq Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən, muxtar respublikamızda ailə təsərrüfatlarının inkişafına göstərilən dövlət qayğısından danışıb.

Ailə təsərrüfatlarının inkişafı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq aid təşkilatların nümayəndələri tərəfindən ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi, torpaqlardan səmərəli istifadə olunması və payız şumunun keyfiyyətlə aparılması, istehsal olunan məhsulların təbliği və təşviqi, qablaşdırılması və etiketlənməsi, necə realizə olunması, habelə muxtar respublikada aqrar bölmənin inkişafı ilə əlaqədar qəbul olunmuş digər “Dövlət Proqramları”nın əhəmiyyəti və qarşıya qoyulan vəzifələrin uğurla icra edilməsi barədə geniş məlumat torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçılarının diqqətinə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb və bukletlər təqdim olunub.

 

Baxılıb: 972