Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - KƏNGƏRLİ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

KƏNGƏRLİ RAYONUNDA HAZIRLANAN MÜLKİYYƏT SƏNƏDLƏRİNİN SAYI ARTIB

15.10.2021

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi 2021-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən diqqət mərkəzində saxlanılıb.

9 ay ərzində şöbə tərəfindən 71 fərdi yaşayış evinin, 3 qeyri-yaşayış binasının olmaqla, ümumilikdə 74 daşınmaz əmlak obyektinin texniki pasportu hazırlanıb, 84 torpaq sahəsinin planı-ölçüsü tərtib edilərək vətəndaşlara təqdim edilib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan texniki sənədlərin sayı 37,4% artıb. Texniki sənədlərin hazırlanması məqsədilə əmlaklara yerində baxış keçirilib, 72 müayinə aktı yazılaraq arxiv sənədlərinə əlavə olunub.

Hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 172 müraciət qəbul edilib və icra olunub. Məhdudiyyət və yüklülüyə dair 145 arayış verilib.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonun Qarabağlar, Şahtaxtı və Çalxanqala kəndlərinin ərazisində monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması istiqamətində iş aparılıb.

Baxılıb: 986