“ƏMLAK” İNFORMASİYA BÜLLETENİNİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB
07.10.2021
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Əmlak” informasiya bülleteninin yeddinci nömrəsi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək keyfiyyətlə çapdan çıxıb.
İnformasiya bülletenində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Şərur və Şahbuz şəhərində yeni çoxmənzilli yaşayış binalarının açılışına dair rəsmi məlumatlar yer alıb. Şahbuz rayonunda yeni torpaqların əkin dövriyyəsinə qatılması, muxtar respublikada taxıl biçininin mütəşəkkil aparılması ilə bağlı keçirilən tədbirlər barədə xəbərlər yerləşdirilib. Qəbul edilmiş Dövlət Proqramlarında torpaqlardan səmərəli istifadə, onların mühafizəsi, uçotu və xəritələşdirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrasına dair yazılar verilib.
DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI VƏ TORPAQ MÜNASİBƏTLƏRİNİN TƏNZİMLƏNMƏSİ SAHƏSİNDƏ VƏZİFƏLƏR UĞURLA İCRA EDİLİB
06.10.2021
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar respublikasında torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, eləcə də daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində ardıcıl fəaliyyətin təmin edilməsi cari ilin sentyabr ayında da diqqətdə saxlanılıb, xidmətin fəaliyyət sahələri üzrə işlər uğurla icra edilib.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Ordubad rayonu üzrə 161,78 hektar meyvə bağı, 50,82 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
TORPAQLARIN QİDA MADDƏLƏRİ İLƏ TƏMİNOLUNMA KARTOQRAMLARI TƏQDİM OLUNUB
30.09.2021
30 sentyabr 2021 ci il tarixdə Babək rayonunun Yuxarı Uzunoba kəndində torpaqların qida maddələri ilə təminolunma kartoqramlarının əhəmiyyəti barədə rayon icra nümayəndələri, bələdiyyə sədrləri və torpaq mülkiyyətçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Müşfiq Məmmədsoy açaraq Rayonun coğrafi mövqeyinin kənd təsərrüfatı məhsulları istehsalındakı rolundan, aqrar sahədə, eləcə də torpaqların münbitliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərdən və muxtar respublikamızda torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısından danışıb.
ŞAHBUZ RAYONUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLİB
23.09.2021
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Külüs kəndində torpaq mülkiyyətçiləri, bələdiyyələr və sahibkarların iştirakı ilə seminar-müşavirə keçirilib.
Seminar - müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin şöbə müdiri Söhrab Kərimov açaraq rayonda aqrar sahəyə göstərilən dövlət qayğısından və tədbirin əhəmiyyəti barədə məlumat verib.
