Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏQSƏDİ İLƏ MONİTORİNQLƏR DAVAM ETDİRİLİB

TORPAQLARDAN İSTİFADƏYƏ VƏ ONLARIN MÜHAFİZƏSİNƏ DÖVLƏT NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ MƏQSƏDİ İLƏ MONİTORİNQLƏR DAVAM ETDİRİLİB

16.09.2021

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən cari ilin avqust ayı ərzində 24 fərdi yaşayış evinin, 6 mənzilin texniki pasportu, 60 həyətyanı, 29 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək vətəndaşlara təqdim olunub. Bir torpaq sahəsinə dair bölünmə, iki torpaq sahəsinə dair birləşmə planları hazırlanaraq arxiv sənədlərinə daxil edilib. Texniki sənədlərin hazırlanması zamanı 41 müayinə aktı yazılıb.

Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə rayonunun Muğancıq Müslüm, Muğancıq Mehrab və Kosacan kəndlərinin ərazisində aparılan monitorinqlər başa çatdırlaraq müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

Ötən ay ərzində məhdudiyyət və yüklülüyə dair 97, əmlakın olub olmaması ilə bağlı 15 arayış hazırlanaraq vətəndaşlara təqdim olunub.

Vətəndaşlardan daxil olmuş 13 şifahi müraciətlə əlaqədar əmlaklara yerində baxış keçirilib, torpaq sahələrinin sərhədləri dəqiqləşdirilib, müvafiq qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib.

Rayonun Tumaslı və Kərimbəyli kənd yaşayış məntəqələrində səyyar xidmət göstərilib, qəbul edilmiş müraciət əsasında mülkiyyət sənədləri hazırlanaraq vətəndaşlara təqdim olunub.

Baxılıb: 1018